“Mitsubishi” yeni elektrikli krossoverini təqdim etdi – Foto

“Mitsubishi” qlobal tərəfdaşlıqdan maksimum fayda götürməyə çalışır. Yaponiya şirkəti Avropada “Renault” ilə birlikdə iki yeni elektrikli avtomobil modelini təqdim edir.

Onlardan biri “Mitsubishi Airtrek” krossoveridir. Şirkət avtomobilin texniki detallarını hələ açıqlamayıb, lakin “Aitrek”in bəzi xüsusiyyətlərinin “Aion V” modelinə bənzəyəcəyini bildirib. Avtomobilin interyeri çox orijinaldır: ön panel üzərində iki ekran quraşdırılıb – virtual alətlər paneli və sensorlu multimediya sistemi.

Xatırladaq ki, “Mitsubishi” daha əvvəl də “Aitrek” adından istifadə edib: 2001-2008-ci illərdə Yaponiya bazarında ilk “Outlander” avtomobili təqdim edilib.