Azərbaycanda bank kartlarının sayı tarixi rekord yeniləməklə 10 milyonu ötüb.
İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank kartlarının sayı 2021-ci ilin 1 iyul tarixinə 10 milyon 51 min olmuşdur.
Bu da son bir ayda 79 min (0.8%) artım deməkdir.
Bank kartlarının 3 469 min ədədi sosial kartlar, 2 593 min ədədi əmək haqqı kartları, 2 786 min ədədi digər və 1 203 min ədədi isə kredit kartları təşkil etmişdir.
Son bir ayda sosial kartlar 34 min ədəd (0.97%), əmək haqqı kartları 3 min ədəd (0.12%) azaldığı halda, digər kartlar 94 min ədəd (3.49%) və kredit kartları isə 22 min ədəd (1.86%) artmışdır.
Son ayda debet kartları ilə 27 917 min əməliyyat aparılmış və bu da 2 milyard 903 milyon manatı əhatə edir.