“Ford” 775 min avtomobili geri çağırdı

ABŞ-ın məşhur avtomobil istehsalçısı “Ford” “Eksplorer SUV” modelini geri çağırıb.

İndex.az xəbər verir ki, bu barədə “Ford” şirkəti rəsmi açıqlama yayıb.

Bildirilib ki, 775 min avtomobilin sükanında texniki nasazlıq yarandığı üçün geri çağırılıb.

Sözügedən nasazlıq səbəbindən ABŞ-da ağır xəsarətlə nəticələnən 6 yol qəzası baş verib.