Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 16,392 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.
İndex.az Mərkəzi Bankın (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% çoxdur. Hesabat dövründə əməliyyatların əhəmiyyətli hissəsi (15,382 mlrd. manat) debet kartları, qalan 1,009 mlrd. manatı isə kredit kartları ilə həyata keçirilib.
Debet kartları ilə aparılan əməliyyatların 95,6%-i ölkə daxilində, qalan 4.4%-i isə ölkə xaricində həyata keçirilib.
Kredit kartlarına gəldikdə isə, sözügedən kartlar ilə aparılan əməliyyatların 91,2%-i ölkə daxilində, qalan 8,8%-i isə ölkə xaricində həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ilin iyulun 1-nə Azərbaycanda dövriyyədə 8,848 mln. ədəd debet kartı və 1,203 mln. ədəd isə kredit kartı var. Beləliklə, son bir ildə debet kartlarının sayı 14,7%, kredit kartlarının sayı isə 26,8% artıb.
APA