Bu ilin sonuna qədər "Amazon" ödənişləri bitcoinlə  qəbul edəcək

ABŞ-ın texnologiya nəhəngi “Amazon” şrkəti bu ilin sonuna qədəır bitcoinlə ödənişləri dəstəkləməyi planlaşdırır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, növbəti mərhələdə “Ethereum”, “Cardano” və “Bitcoin Cash”lə ödənişlərin qəbul olunması nəzərdə tutulur.

Təşəbbüs bribaşa “Amazon”un banisi Çeff Bezosdan gəlib və layihə demək olar ki, işə düşmək ərəfəsindədir.

Bundan başqa şirkət öz şəxsi tokenini də buraxmağı hədəfləyir.