Amerikalı ailələrin borcu 15 trilyon dollara çatıb

ABŞ Mərkəzi Bankının (Fed-in) Nyu York şöbəsi tərəfindən hazırlanan 2021-ci ilin ikinci rübünə dair Ailələrin Borcu və Kredit Hesabatı dərc edilib.

İndex.az hesabata istinadən esabata görə, ABŞ-da ailələrin borcu, bu ilin ikinci rübündə birinci rüb ilə müqayisədə 2,1% artımla 14,96 trilyon dollara yüksəlib.

Bu ilin ikinci rübündə birinci rüb ilə müqayisədə 313 milyard dollarlıq artım qeyd edən ailələrin borcu, 2007-ci ildən bu yana qeydə alınan ən böyük nominal artımı göstərib. Borc, illik müqayisədə isə 691 milyard dollar artıb.

İpoteka kreditləri amerikalıların borcunda ən yüksək hissəni təşkil edir. İpoteka borcu 2-ci rübdə 282 milyard dollar artıb və 10,44 trilyon dollara çatıb.

Amerikalıların 1,57 trilyon dollar tələbə kreditləri, 1,42 trilyon dollar avtomobil kreditləri və 790 milyard dollar kredit kartı üzrə borcu var.

İkinci rübdə kredit kartı borcları 17 milyard dollar, avtomobil kreditləri üzrə borclar 33 milyard dollar artıb.

Tələbə kreditləri üzrə borclar isə 14 milyard dollar azalıb.