AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-də Azərbaycanda yeni nəsil pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində işlər görülür.
İndex.az xəbər verir ki, YT Parkdan bildirilib ki, ilk mərhələdə daxili bazarda tələbatın ödənilməsi, daha sonra isə aparatların ixracı nəzərdə tutulur.
Bu aparatların intuitiv idarəetmə sistemi pilot olmayan şəxslərin qısamüddətli kurs keçməklə və müvafiq icazəni almaqla onları idarə etməsinə imkan verəcək.