Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.
İndex.az xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təməlqoyma tədbirində iştirak ediblər.
Xatırladaq ki, avqustun 29-da prezident Şuşa və Füzuli rayonlarına səfər edib.
Şuşada dövlət başçısının iştirakı ilə yeni yaşayış massivinin təməli qoyulub.
Səfər çərçivəsində prezident Şuşada yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışında iştirak ediblər.
Füzulidə isə dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda və Füzuli Hava Limanında aparılan işlərlə tanış olub.