Mahir “Konyaspor”dan ayrılır

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə “Konyaspor”unda qalmayacaq.

 

Bu barədə klubun icraçı direktoru Mustafa Göksu açıqlama verib.

 

O bildirib ki, məşqçilər heyəti 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

 

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Konyaspor”da keçirib.

 

Mənbə – Report