Aktivist Ramin Hacılı həbs edilib.
İndex.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R. Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmişdi, 2019-cu ildə isə azadlığa buraxılıb.