Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 62 673 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
İndex.az Agentliyə istinadən xəbər verir ki, onlardan 23 289-u ödənişli ictimai işlərə cəlb olunub.
Həmçinin Agentlik tərəfindən mühüm istiqamətlərdən biri olan özünüməşğulluq proqramının icrası işləri də davam etdirilib. Artıq 11 950 nəfərin proqrama qeydiyyatı aparılıb. Onlardan 6 883 nəfəri seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilərək kiçik təsərrüfatlarını yaradıblar.
Qeyd olunan dövr ərzində Agentlik tərəfindən 262 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 147 nəfər isə peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.