Bu il əhali kompüterlərə 86 milyon manat xərcləyib

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-aprel aylarında kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 86.9 milyon manat xərcləyib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Belə ki, ötən lin 4 ayına nisbətən cari ildə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 2.7% artıb.

2021-ci ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 0.7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.