Avropa İttifaqı ölkələri peyvənd olunmuş turistlərin girişinə icazə verdilər

Avropa İttifaqı təşkilatına üzv olan ölkələr tam peyvənd olunmuş turistlərin girişinə icazə verməyə razılaşıblar.

İndex.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Aİ-dəki mənbələrə istinadən “Agence France-Presse” yazıb.

Gözləndiyi kimi, sərhədlərin açılması mövzusu 25 may tarixində keçiriləcək Avropa İttifaqı dövlət və hökumət başçılarının təcili sammitində əsas mövzulardan birinə çevrilib.