Avropada qazın qiyməti 1700 dolları ötdü

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 700 ABŞ dollarını ötüb.

İndex.az xəbər verir ki, 20 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 740 dollar təşkil edib, bu da ötən günün hərracların bağlanışında qeydə alınan qiymət ilə müqayisədə 8,7% çoxdur.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.