“Aparılan işlərin, qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşı durur”.
İndex.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Azərbaycan vətəndaşlarının sosial müdafiəsi davamlı olaraq yaxşılaşdırılacaq. Son 3 il ərzində minimum pensiya 110 manatdan 200 manata çatdırılıb. Ünvanlı dövlət sosial yardımı 81 faiz artırılıb”, – nazir vurğulayıb.