“Azəriqaz” bu şirkəti məhkəməyə verdi

“Azəriqaz” İstehsalat Birliyi “Cənub Broyler” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

İndex.az xəbər verir ki, məhkəmə iclasının dünən – 02.07.2021-ci il tarixində keçirildiyi bildirilir. İclasa Bakı Kommersiya Məhkəməsinin hakim Ülkər Həsənova sədrlik edəcək. Məhkəmə iddiası istehlak edilən təbii qaz haqqının ödənilməməsi üzrə mübahisələrlə bağlı qaldırılıb.

Məlumüt üçün bildirək ki, “Cənub Broyler” MMC 1 il əvvəl – 04.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Tərlan Əliyarbəyov, ev 10, m.35-də yerləşən şirkətin direktoru Pənahlıyev Anar Fikrət oğludur.