"Bravo" işçi axtarır – VAKANSİYA

Ünvan: Baş ofis
Vəzifə: Sətəm üzrə kiçik mütəxəssis
Şöbə: Əməliyyatlar şöbəsi

Vəzifə öhdəlikləri:

SƏTƏM təlim proqramı çərçivəsində yeni işçilərə, qonaqlara və bütün şəxsi heyətə təlimlərin verilməsini həyata keçirmək. Bununla əlaqədar sənədlərin hazırlanmasını, qeydlərin aparılmasını və izlənməsini aparmaq.

– İş sahəsində müəyyən edilmiş təhlükələrlə bağlı işçilərə ilkin və dövri təlimlərin verilməsi üçün program hazırlamaq
– Kursların keçirilməsi haqqında qeydləri aparmaq və qiymətləndirmə suallarını hazırlamaq
– Video təlimlər hazırlamaq
– İllik təlim planı və məqsəd, o cümlədən təlimlə bağlı hədəfləri müəyyən etmək
– Təlim materiallarını daim yeniləmək
– Ərazilərdə təlimlər keçirmək
– İş sahələrində, müşahidələr apararaq təlimin effektivliyini yoxlamaq

Namizədə tələblər

Təhsil

– Ən az 1 il müvafiq vəzifədə təcrübə
– Azərbaycan dili biliyi, peşəkar ünsiyyət və yazışma
– Vəzifə təlimatlarını təcili şəkildə yerinə yetirmə bacarığı
– Komanda üzvü olma bacarığı
– İngilis dilində başlanğıc səviyyədə

Xüsusiyyətlər

– Güclü ünsiyyət və təqdimat bacarığı
– Tənqidi düşüncə və təhlil bacarıqları
– Bir neçə prioritet məsələləri birlikdə iradə etmə bacarıqları
– Problemlərin həllində yaradıcı yanaşma bacarığı
– Sərbəst Microsoft Office istifadəçisi
– Çeviklik və tez öyrənmək qabiliyyəti
– Qərgin iş şəraitində işləmə bacarığı

Maraqlı olan hər kəs müraciətini [email protected] mail ünvanına “Sətəm üzrə kiçik mütəxəssis” başlığı ilə göndərə bilər.