Hakkerlər Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”dan sızma nəticəsində əldə etdikləri korporativ məlumatları silmək üçün 50 milyon dollar tələb ediblər.
İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Neft nəhəngi sızmış məlumatların ona məxsus olduğunu təsdiq etsə də, məlumatların necə sızdığını açıqlamayıb.
“Biz sızmanın sistemlərimizin təhlükəsizliyinin pozulması ilə əlaqəli olmadığını və fəaliyyətimizə təsir etmədiyini israr edirik. Şirkətin kibertəhlükəsizlik baxımında mövqeyi hələ də etibarlıdır”, – deyə “Saudi Aramco” vurğulayıb.
Hakker hücumunun arxasında kimin dayana biləcəyi ilə bağlı fərziyyələr hələ səsləndirilməyib. Qeyd edək ki, şirkət daha əvvəl də kiberhücum qurbanı olub. 2012-ci ildə neft istehsalçısı sərt disklərdən məlumatları silən və kompüterlərin ekranında ABŞ bayrağının şəklini göstərən virusla üzləşib. Onda şirkət bütün daxili şəbəkəni müvəqqəti olaraq bağlamağa və təxminən 30 min kompüteri məhv etməyə məcbur olub.