Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
İndex.az xəbər verir ki, hərracda tələb 113,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 06 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 114,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 2 valyuta hərracında banklara 227,2 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.