Son illərdə texnologiyaya qoyduğu böyük sərmayələrlə böyük texnologiya şirkətlərini dünya səhnəsinə çıxaran Çin, bir çox sahədə hakimliyini davam etdirir.
İndex.az xəbər verir ki, Avstraliyada yerləşən “Avstraliya Strateji Siyasət İnstitutu”nun (ASPI) araşdırmasına görə, Çin 44 texnologiya sahəsindən 37-də ABŞ-ı qabaqlayır.
ASPI-nin məlumatına görə, ABŞ yalnız 7 sahədə Çini qabaqlamağı bacarıb.
Belə ki, Çin pilotsuz təyyarələr, maşın öyrənmə, elektrik batareyaları, nüvə enerjisi, kvant sensorları və qabaqcıl məlumatların təhlili, süni intellekt alqoritmləri, qabaqcıl robotlar, avtonom sistemlər və sintetik biologiya kimi bir çox sahədə ABŞ-ı qabaqlayır.
ABŞ isə qabaqcıl inteqral sxemlərin dizaynı və istehsalı, yüksək performanslı hesablamalar, təbii dil emalı, kvant hesablamaları, peyvənd və tibbi tədbirlər, kiçik peyklər və kosmosa buraxılış sistemlərində liderlik edir.