“Mançester Yunayted”i almaq istəyən şeyxin atası bu vəziyyətə sevinmir

“Mançester Yunayted”ə 5,4 milyard dollar təklif edən Qətər Şeyxi Casimin atası bu sərmayədən narahatlığını dilə gətirib.

“Mançester Yunayted”in satış prosesi davam edərkən, ən ciddi təkliflərdən birini edən Qətər Şeyxi Casimin atası futbolu sevmədiyini və bu investisiyanın zəruriliyi ilə bağlı sualları olduğunu söylədi.

2007-2013-cü illərdə Qətərdə baş nazir olmuş Şeyx Həməd bin Casim bin Cabir Əl Tani oğlunun “United” üçün 5,4 milyard dollarlıq təklifi ilə bağlı sürpriz açıqlama verib.

Bu sərmayəni bəyənmədiyini deyən Həməd futbola sərmayə kimi baxdığını bildirib.

Futbol azarkeşi olmadığını vurğulayan Həməd, “Bu sərmayəni bəyənmədim. Ola bilsin ki, sonrakı illərdə yaxşı gəlir gətirər, amma bu mənim bildiyim sahə deyil. Uşaqlarım bəzən məni işimi çətinləşdirirlər. Bu sərmayə bir gün yaxşı gəlir gətirsə, nəzərə alaram. Amma sadəcə reklam üçün bu işə girə bilmərik” – deyib.