“Moody’s” bir sıra G20 ölkələrinin artım proqnozunu yüksəldir

“Moody’s” Türkiyə də daxil olmaqla bir çox G20 ölkələrinin iqtisadiyyatı üçün artım proqnozlarını yüksəldib.

İndex.az xəbər verir ki, Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” bu il Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu 2%-dən 2,3%-ə qaldırıb.

Türkiyə ilə yanaşı “Moody’s”, ABŞ, Kanada, Avro Bölgəsi, Rusiya, Hindistan və Meksika üçün də 2023-cü il üzrə real artım proqnozlarını əhəmiyyətli dərəcədə artırıb.

“Moody’s” Çin üçün isə 2023 və 2024-cü il üzrə artım proqnozlarını 4,0%-dən 5,0%-ə yüksəldib.

Türkiyə üçün 2023 və 2024-cü illər üzrə ÜDM proqnozlarını 2,0 və 3,0%-dən 2,3 və 4,0%-ə yüksəldən “Moody’s”dən bildirilib ki, zəlzələdən zərər çəkmiş bölgələrdə yenidənqurma işləri aparıldığına görə, ortaya çıxacaq iqtisadi fəaliyyət Türkiyə üçün artım proqnozlarını yuxarıya doğru yüksəlməsinə səbəb olub.