20 skuterlə başladı,15 milyard dollarlıq bazar payına göz dikib

Elektrikli skuter icarəsi platforması olan “BinBin”, Hollandiyada yerləşən “e-moped”, “e-velosiped” xidməti təklif edən “GO Sharing”i satın alıb.

İndex.az xəbər verir ki, bununla da “BinBin” Hollandiya, Avstriya, Belçika və Almaniya bazarlarına daxil olan “BinBin”nin CEO-su Kadir Abdik, Türkiyənin 2030-cu ildə 214 milyard dollara çatacaq qlobal bazardan 15 milyard dollarlıq pay almasını gözlədiklərini söyləyib.

Qeyd edək ki, hava çirkliliyi və nəqliyyat sıxlığı problemlərinin həlli üçün ekoloji və mikro mobillik variantları arasında yer alan elektrikli skuterlər (e-skuterlər) Türkiyədə sürətlə yayılmaqdadır.

2019-cu ildə 5 təsisçi tərəfdaş tərəfindən 20 skuterlə qurulan elektrikli skuter icarə platforması “BinBin” Hollandiyada yerləşən “e-moped” və “e-velosiped” xidmətləri göstərən mobillik startapı olan “GO Sharing”i aldığını açıqladı.