Britaniya kral ailəsi haqqında “Revenge: Meghan, Harry və Windsors arasındakı müharibə” adlı son kitabı ilə gündəmdə olan araşdırmaçı jurnalist və yazar Tom Bower, dünən “Daily Mail”ə verdiyi müsahibədə yeni iddialar irəli sürdü.
Bower, Meghan Markle’nin “pula bağlı olduğunu” iddia etdi. “Suits” serialı ilə tanınan aktrisa Şahzadə Harri ilə tanış olanda çox təəccübləndiyini deyib: “Şahzadə Harrinin bu qədər az pula sahib olması onu həm təəccübləndirdi, həm də məyus etdi. O, yüz milyonlarla, hətta milyardlarla dollar pulunun olduğunu təsəvvür edirdi. İndi o, bunun əvəzini çıxmağa çalışır”.
Müəllif iddia edirdi ki, əgər onlar krallıq vəzifələrini tərk etməsəydilər, ikili cari xərclərini ödəyə bilməzdi: “O, böyük “Cadillac”lara minmək istəyir, ixtiyarında şəxsi təyyarəsi olmasını istəyir”.
2021-ci ildə “Forbes” Harri və Meqanın ümumi sərvətinin təxminən 10 milyon dollar olduğunu təxmin etdi.
2020-ci ildə krallıq vəzifələrini tərk edərək ABŞ-da məskunlaşan cütlük 34 milyard dollarlıq əmlakdan da məhrum edilib.
“Netflix” ilə “Archewell Productions” adlı şirkət quraraq imza atan cütlüyün bir çox istehsalı əhatə edən bu müqavilədən cəmi 100-150 milyon dollar qazanacağı təxmin edilir.
“Spare” (Ehtiyat) kitabı nəşr olunan Şahzadə Harrinin buradan 20 milyon dollar avans aldığı proqnozlaşdırılır.
2018-ci ildə evlənən Harri və Meqan cütlüyünün Arçi adlı 3 yaşlı oğlu və Lilibet kimi tanınan 20 aylıq qızı var.
Qeyd edək ki, Tom Bauer araşdırmaçı jurnalistika işi və tərcümeyi-halı kitabları ilə tanınır. Müəllif daha əvvəl Robert Maksvel, Konrad Blek, Riçard Branson, Ceremi Korbin və Boris Conson kimi iş adamlarının, media maqnatlarının və siyasətçilərin həyat hekayələrini onların icazəsi olmadan yazmaqla gündəmə gəlib.