Barselonada keçirilən “Mobil Dünya Konqresi” kommunikasiya texnologiyalarında bir ilk olan yeni texnologiyaya ev sahibliyi etdi. 2012-ci ildə qurulan pureLiFi, bütün smartfonlarda istifadə edilə bilən və LiFi texnologiyasını işə salacaq antennasını təqdim etdi.
LiFi (Light Fidelity) məlumatların radiotezliklər əvəzinə işıq vasitəsilə ötürülməsinə imkan verən simsiz texnologiyaya verilən addır. İşıq spektrindən istifadə etməklə, LiFi texnologiyası indiki ilə müqayisədə daha sağlam simsiz rabitə və daha yüksək təhlükəsizlik təklif edə bilər.
LiFi həm də bu gün bütün dünyada yayılan 5G texnologiyasını və illərdir istifadə etdiyimiz WiFi texnologiyasını “sonlandıracaq” texnologiya olaraq təyin olunur. Texnologiyanın mümkün olması üçün illərdir iş aparılır.