Malatyada 5,6 maqnitudada zəlzələ olub, 1 nəfər ölüb

Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

İndex.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.

Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb.

Türkiyənin təhsil naziri Mahmut Özer isə bildirib ki, zəlzələ nəticəsində 22 bina çöküb.