Kapital Bank
Loyallıq layihələrinin inkişafı şöbəsinin baş mütəxəssisi
Son tarix 16 mar 2023 [email protected]
Öhdəliklər:
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
- Şöbə rəisi tərəfindən təyin olunmuş müvafiq layihələr üzrə Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətləri bazar araşdırması vasitəsilə tapır və siyahısını tərtib edir
- Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi
- Partnyorlar tərəfindən kampaniya müraciətlərinin qəbulu, icrası ilə bağlı müvafiq departamentlərə yönləndirilməsi və icrasının təqib olunması
- Bankın Loyallıq layihələri üzrə partnyorların genişləndirilməsi
Tələblər:
- Təcrübə: 3 il
- Ali təhsil (bakalavr)
- Kompyuter biliyi: MS Office, MS Excel, MS Word, İnternet Explorer
- Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı səviyyədə bilmək
- Komandada işləmək bacarığı
- İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı
- Satış sahəsində ixtisaslaşmış
- Korporativ satışlar üzrə (partnyor şəbəkəsi) təcrübəyə malik olmalı
- Loyallıq layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Birbaşa satışlar bölməsində kiçik mütəxəssis
Son tarix 13 mar 2023 [email protected]
Öhdəliklər:
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər:
- Ali təhsil;
- Məsuliyyətlilik;
- Operativlik;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə danışma qabiliyyəti;
- Microsoft Office proqramları üzrə biliklər.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Digər problemli kreditlər ilə iş şöbəsinin mütəxəssisi
Son tarix 13 mar 2023 [email protected]
Öhdəliklər:
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
- Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
- Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
- Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələblər:
- Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir);
- Problemli kreditlərinin təqibi üzrə ən azı 1 il iş təcrübəsi; (Mikro sahə üzrə çalışan əməkdaşlara üstünlük verilir)
- Danışıq qabiliyyətinin yüksək olması;
- Komputerdə işləmək bacarığı;
- Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
- Dəqiqlik;
- Təmkinlilik
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Ekvayrinq şöbəsinin kiçik mütəxəssisi
Son tarix 10 mar 2023 [email protected]
Öhdəliklər:
- Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri haqqında ətraflı, dolğun məlumat vermək.
- Mövcud partnyor bazasının idarə olunması, partnyor istəklərinin çevik icra olunması.
- Banka perspektivli müştərilərin cəlb olunması.
- Partnyorluq müraciətlərinin qəbulu və işin icrasına nəzarət.
- Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi
Tələblər:
- Ali təhsil.
- Bankda korporativ satış üzrə minimum 1 il iş təcrübəsi.
- Microsoft Office proqramlarında işləmə bacarığı.
- Yüksək səviyyədə danışıqlar aparılması və kommunikasiya qurma bacarıqları.
- Analitik təhlil etmə bacarığının olması.
- Komandada işləmək bacarığı.
- Səlis azərbaycan dili bilgisi, rus və ingilis dili arzuolunandır.
- Məsuliyyətli və nəticə yönümlü olmalı.
- Operativlik və stress altında işləmək bacarığı.
- Ofis daxili və xaricində işləmək imkanı (ezamlar nəzərə alınmaqla).
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Business Developer in Agile team
Son tarix 09 mar 2023 [email protected]
Requirements:
- Higher Education in Finance or Economics;
- At least 2 years of experience in related field;
- Excellent communication skills;
- Excellent MS Office skills (especially Excel and Powerpoint);
- Understanding of UX and Customer Journeys;
- Analytical mind and problem-solving skills;
- Comfortably working with data.
Responsibilites:
- Exploring new business opportunities and ideas;
- Translating ideas into actionable items for the team;
- Preapring business plans or feasibility studies for new ideas or changes;
- Identifying market trends and conducting market research;
- Working with KPIs and providing solutions to reach goals;
- Responsible for reporting and performance tracking.
We Offer:
- The opportunity to work with an incredible team;
- Friendly atmosphere;
- Working with the latest technology;
- Supportive and quick responsive management team;
- Employee training and development;
- Affordable health insurance;
- Opportunity to benefit from discounts from partners.
Please send your resume via email with the subject line “Business Developer/Birbank”.
Komplayens risklərinin modelləşdirilməsi bölməsinin baş mütəxəssisi
Son tarix 07 mar 2023 [email protected]
Öhdəliklər:
- Məlumatların emal olunmasına və reportların hazırlanması;
- Əməliyyat və müştərilərin monitorinqi üçün avtomatik report formalarının hazırlanması;
- Bilik və bacarıqların komanda yoldaşları ilə paylaşılması;
- Baza məlumatları üzrə modellərinin qurulması və s.
Tələblər:
- Ali təhsil;
- Avtomatlaşdırma və data analitikası üzrə minimum 1 il təcrübə;
- SQL üzrə iş təcrübəsi,baza olaraq Oracle təcrübəsi üstünlükdür;
- Verilənlər bazasından məlumat əldə etmək üçün sorğular hazırlanmasını bacarmaq;
- Yüksək analitik düşüncə;
- MS Office proqramlarının mükəmməl istifadəçisi;
- Statistik və analitik alətlərində iş təcrübəsi (Tableau və.s) (arzuolunandır);
- Baza üzrə məlumatların əldə edilməsi üçün sorğuların hazırlanması
- Statistik analizlərdən anlayışlı olması arzuolunandır;
- İstənilən məlumatların səlisliklə vizuallaşdırılması (arzuolunandır);
- İri həcmli data ilə təcrübəsi olan namizədlərə üstünlük verilir.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.