“Apple”ın yeni cihazını Çin şirkəti hazırlayacaq

“Apple” tarixində ilk dəfə yeni cihazının hazırlanması üçün Çin şirkəti ilə razılaşdı.

İndex.az xəbər verir ki, “Apple” birinci nəsil artırılmış reallıq (AR) cihazlarının hazırlanmasına kömək etmək üçün Çinin “Luxshare” şirkətini razılıq əldə edib.

Xüsusilə ABŞ və Çin arasında gərginliyin artdığı bu dövrdə “Apple”ın bu seçimi diqqət çəkib.

Əldə edilən məlumata görə, Çində sürətlə yüksələn texnologiya istehsal şirkəti olan “Luxshare”, daha əvvəl Tayvanın “Pegatron” şirkətinə məxsus olan Şanxaydakı AR inkişaf qrupu ilə razılıq əldə etmişdi.

Əvvəlki illərdə “Apple” yeni məhsulların hazırlanmasına kömək etmək üçün “Foxconn” kimi Tayvan şirkətlərinə etibar edirdi.

İlkin məlumatlara görə, cihaz 2023-cü ilin sonunda satışa çıxarılacaq və onun dəyərinin kifayət qədər yüksək (3-5 min dollar) olacağı gözlənilir.