Alman kimya nəhəngi 2600 nəfəri işdən çıxaracaq

Almaniyanın ən böyük kimya şirkəti BASF 2600 işçini işdən çıxaracağını açıqlayıb. ucuz rus qazına çıxışın olmaması səbəbindən

İndex.az xəbər verir ki, ucuz rus qazına çıxışın olmaması səbəbindən Avropanın ən böyük kimya şirkəti BASF xərclərə qənaətin etmək üçün işçi qüvvəsinin təxminən 2%-ini (2600 nəfəri) ixtisar edəcək.

Şirkət bu gün verdiyi açıqlamada bildirib ki, kimya nəhəngi iki ammonyak zavodu və gübrə zavodu da daxil olmaqla bir sıra zavodları bağlayacaq.

Bu da Almaniyanın Lüdviqshafen şəhərindəki əsas zavodunda 700 iş yerinin ixtisarı deməkdir.

BASF bəyanatında qeyd edib ki, qlobal iqtisadiyyatın pisləşməsi 3 milyard avro dəyərində səhmlərin geri alınması proqramının vaxtından əvvəl dayandırılması ilə nəticələnəcək.

BASF-ın qaz dəyəri istehlakın 35% azalımasına baxmayaraq keçən il 2021-ci ilə nisbətən 2,2 milyard avro artıb.

Şirkət daha əvvəl qaz qiymətlərinin müharibədən əvvəlki səviyyələrə qayıtmasını gözləməyəcəyi üçün illik xərcləri 500 milyon avro azaltmağı hədəflədiyini açıqlamışdı.