Nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

İndex.az bu barədə AMB-yə istinadən xəbər verir.

2023-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2647 mln. manat olub. Həyata keçirilən nağdsız ödənişlərin 2017 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 627 mln. manatı POS-terminallar, 2.6 mln. manatı isə özünə xidmət
terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.4%-ni təşkil edib.