ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammers ABŞ iqtisadiyyatı üçün narahatedici siqnalların gördüyünü söyləyib.
İndex.az xəbər verir ki, Sammers “Bloomberg” açıqlamasında bildirib ki, satışdan daha çox ehtiyatların artması, şirkətlərin sifarişlərlə bağlı narahatlıqlarını dilə gətirməsi, şirkətlərin yüksək maaşlı işçilərinin sayının onların məhsulu ilə müqayisədə çox yüksək görünməsi və istehlakçı qənaətlərinin aşağı səviyyədə tükənməsi narahatlıqlarının əsas səbəbidir.
İqtisadiyyatın ümumi vəziyyəti ilə birlikdə hərəkət edən göstəricilərin çox güclü göründüyünü ifadə edən Sammers, digər tərəfdən daha həyəcan verici siqnalların olduğunu söyləyib.
Cümə axşamı ABŞ-da yayımlanan məlumatlar da bu narahatlıqları dəstəkləyib.
Sammersin fikrincə ABŞ-da işsizlik səviyyəsi 4%-dən aşağı, inflyasiyanın isə 4%-dən yuxarı olması tənəzzülü qaçınılmaz edəcək.