“JPMorgan”: “FED inflyasiya üzərində nəzarəti itirib”

Ceymi Dimon ABŞ-da faiz dərəcələrinin yenidən yüksələcəyini bildirib.

İndex.az xəbər verir ki, “JPMorgan Chase”in baş direktoru Ceymi Dimon CNBC-yə açıqlamasında bildirib ki, ABŞ-da faiz dərəcələrinin 6 faizə çatacağını proqnozlaşdırır.

Dimon bildirib ki, inflyasiya üzərində nəzarət itirilib:

“FED, ehtimal ki, faiz artımını 5 faizdə bir qədər də saxlayacaq. Lakin bu gedişlə faiz dərəcəsi 6% səviyyəsinə qalxa bilər”.

FED-in siyasət faizi hazırda 4,50-4,75% səviyyəsindədir. Bazar maksimum 5,25-5,50 faiz dərəcəsi ilə qiymət qoyur.