Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 861,9 milyon manat təşkil edib.
İndex.azAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 20,7% çoxdur.
Bankların aktivlərinin 18 milyard 509,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,4% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2%-dən 40,4%-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 22 % artaraq 40 milyard 200,2 milyon manata, o cümlədən depozit portfeli 22,3% artaraq 32 milyard 968,8 milyon manata çatıb. Bunun 11 milyard 686,8 milyon manatı fiziki, 21 milyard 282 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 23,6%, şirkətlərin banklardakı vəsaitləri isə 21,6% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 32,2 % azalaraq 215 milyon manat olub.
Sektorun balans kapitalı isə 12,6% artaraq 5 milyard 661,7 milyon manat təşkil edib.