İnflyasiya Yaponiyada da rekord vurdu

Yanvar ayında Yaponiyanın əsas istehlakçı inflyasiyası rekord səviyyəyə çatdı.

İndex.az xəbər verir ki, təzə qidalara və enerji xərclərinə əsaslanan “Əsas İstehlak Qiymətləri” indeksi (CPI) artaraq 4,2% oldu.

İqtisadçılar nüvə inflyasiyasının da 4,2%-ə qədər artacağının gözlənildiyini bildirib.

Yaponiyada sonuncu dəfə belə artım 1981-ci ildə olmuşdur.

“SMBC Nikko” qiymətli kağızlarının baş iqtisadçısı Yosşimasa Maruyama bildirib ki, inflyasiya, yəqin ki, yanvar ayında ən yüksək həddə olacaq:

“Ancaq bir müddət BOJ 2%-dən aşağı düşə bilməz”.