Son bir ildə Türkiyədə abunə haqqını 139 faiz artıran “Netflix” 30-dan çox ölkədə endirimlər edib.
İndex.az xəbər verir ki, “Netflix”in son qiymət endirimləri Yəmən, İordaniya, Liviya və İran da daxil olmaqla Yaxın Şərq ölkələri, Keniya da daxil olmaqla Sub-Sahara Afrika bazarlarını və Xorvatiya, Sloveniya və Bolqarıstan kimi Avropa ölkələrini əhatə edir.
Latın Amerikasında Nikaraqua, Ekvador, Venesuela kimi ölkələr və Asiyanın Malayziya, İndoneziya, Tayland və Filippin kimi bəzi ölkələrində də abunə qiymətlərində azalma müşahidə olunub.