Aİ işçilərinə “TikTok”u qadağa edib

“Avropa İttifaqı Komissiyası” işçilərinə şəxsi və korporativ telefonlarından “TikTok” tətbiqini silməyi tapşırıb.

İndex.az xəbər verir ki, “Politico”nun yaydığı məlumata görə, “Avropa İttifaqı Komissiyası” işçilərinə səhər saatlarında təhlükəsizlik məqsədi ilə “TikTok” tətbiqini şəxsi və ya korporativ cihazlarından silməyi tapşırıb.

Aİ-nın digər qurumları, “Avropa İttifaqı Şurası” və “Avropa Parlamenti”nin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Çin texnologiya firmasına məxsus “TikTok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur.

ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda “TikTok”dan istifadə qadağan edilib.