Bu ölkəyə gedən turistlərə 280 manat veriləcək

Tayvan turizmi canlandırmaq üçün ölkəyə gələn xarici turistə 5 min NTD (280 AZN) verməyə hazırlaşır.

İndex.az xəbər verir ki, keçən çərşənbə axşamı keçirilən iclasında Uzaq Şərq ölkəsi Tayvan Assambleyası “Pandemiya sonrası iqtisadi və sosial dayanıqlığın gücləndirilməsi və iqtisadi nəticələrin hər kəsə fayda verməsini təmin etmək üçün xüsusi tədbirlər” adlı yeni iqtisadi dəstək paketini açıqladı.

Açıqlanan paketdə turistlərin sayını artırmaq üçün ölkəyə gələn hər xarici turist üçün 5 min NTD (3 min 93 TL) ödəniləcəyi bildirilib. Paketə həmçinin Tayvan vətəndaşları və meyarlara cavab verən əcnəbilər üçün 6 min NTD (335 AZN) vergi geri qaytarılması dəstəyinin də yer alacağı bildirildi.