“Google”, müştərilərinə “Web3” texnologiyasını təklif etmək üçün “Tezos” blokçeyni ilə əməkdaşlığa başlayıb.
İndex.az xəbər verir ki, “Google Cloud”un korporativ müştəriləri “Tezos” blokçeynindən istifadə edərək “Web3” proqramlarını inkişaf etdirə və quraşdıra bilərlər. Əvəzində isə “Tezos tərəfindən dəstəklənən startaplar “Google Cloud”un bir çox xidmətlərindən faydalanacaqlar.
Qeyd edək ki, başqa bir texnologiya şirkəti “Microsoft”, blokçeyn məlumatlarına çıxışa ehtiyacı olan bizneslər üçün “Web3” infrastruktur provayderi olan “Ankr Network” ilə tərəfdaşlığını elan etmişdi.
“Tezos” əlavə olaraq “İngiltərə Premyer Liqası”nın nəhəngi “Manchester United”, avtomobil şirkəti “McLaren” və Fransız bankı “Société Générale” kimi böyük brendlərlə işləyir.
“Tezos” keçən ay Kaliforniya Motorlu Nəqliyyat Departamenti (DMV) ilə avtomobil qeydiyyatının rəqəmsallaşdırılması üzərində işləməsi barədə açıqlama yaymışdı.
DMW və “Tezos” avtomobil adlarının rəqəmsallaşdırılmasına və əməliyyatları asanlaşdırmaq üçün “Tezos” tərəfindən yaradılmış özəl blokçeynə titul köçürmələrinə kömək etmək üçün əməkdaşlıq edirlər.