“WhatsApp”da bütün yazışmalarınız oxuna bilər

Milyardlarla istifadəçisi olan “WhatsApp” proqramında böyük təhlükəsizlik boşluğu aşkarlanıb.

İndex.az xəbər verir ki, hər hansı səbəbdən telefon nömrənizi dəyişmisinizsə və əlaqəli WhatsApp hesabını silməmisinizsə, başqa biri şəxs şəxsi WhatsApp mesajlarınızı oxuya və həmçinin bütün kontaktlarınıza mesaj göndərə bilər.

Problem simsiz operatorların köhnə müştərilərin telefon nömrələrini yeni müştərilərə vermək üçün təkrar emal etməsinə görə qaynaqlanır. Əgər istifadə etmədiyiniz köhnə nömrəniz başqasına satılırsa, qrup söhbətləriniz də daxil olmaqla bütün yazışmalarınız həmin şəxsin “WhatsApp” tətbiqinə düşməyə başlayır.

Bu mərhələdən sonra telefon nömrəsinin yeni sahibi kontakt siyahınızdakı şəxslərə istədikləri kimi mesaj göndərə, həmçinin qrup çatlarınızda iştirak edə bilər.

Şirkət öz açıqlamalarında bunun baş verə biləcəyini etiraf edib. Lakin bunun nadir hallarda olduğu qeyd edilib.

Şirkətin fikrincə, başqalarının yazışmalarına giriş əldə etmək proqramda təhlükəsizlik qüsuru deyil, daha çox köhnəlmiş nömrələri satan telekommunikasiya operatorlarının problemidir.

Şəxsi məlumatlarını qorumaq istəməyən və yazışmalarının başqasının əlinə keçməsini istəməyən istifadəçilərə telefon nömrələrini dəyişdirərkən hesablarını tamamilə silmələri tövsiyə olunur.