Bil Qeyts pivəyə 1 milyard dollar sərmayə qoyur

Dünyanın ən zəngin adamlarından biri olan Bil Qeyts “Heineken”in 3,76%-ni alıb.

İndex.az xəbər verir ki, “Microsoft”un qurucusu Bil Qeyts “Heineken Holdings”ə 883 milyon avro sərmayə qoyub.

Qeyd edək ki, bu səhmlərin ümumi dəyəri təxminən 1 milyard dollardır (883 milyon avro).

Qeyts bundan əldə edəcəyi gəlirin bir hissəsini əvvəllər etdiyi kimi xeyriyyəçilik üçün xərcləməyi planlaşdırır.

Bil Qeyts 2007-ci ildə də bir pivə şirkətinə 392 milyon dollarlıq sərmayə qoymuşdu.