“JPMorgan” işçilərinə “ChatGPT” istifadəsini qadağan edib

“JPMorgan Chase & Co.” öz işçilərinə süni intellekt “ChatGPT” çatbotundan istifadə etməyi qadağan edib.

İndex.az xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata görə, “JPMorgan Chase & Co.” süni intellekt çatbotu “ChatGPT”nin işçiləri tərəfindən istifadə edilməsinə icazə verməyib.

“OpenAl” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” son aylarda internet fenomeninə çevrilib.

Şekspir şeirlərinin yazılmasından tutmuş fond portfellərinin yaradılmasına qədər hər şey üçün məzmun istehsal edən çatbot, hətta konsepsiya ətrafında bir “Exchange” ticarət fonduna sahibdir.

Sistemdəki qərəzliyi azaltmaq üçün çalışdıqlarını izah edən “OpenAI”, istifadəçilərə davranışlarını fərdiləşdirməyə imkan verəcəyini bildirdi.