“McKinsey” 2000 əməkdaşını ixtisar etməyə hazırlaşır

“McKinsey” müştərilərlə birbaşa işləməyən təxminən 2000 nəfəri işdən çıxarmağı planlaşdırdığını söylədi.

İndex.az xəbər verir ki, son on ildə kadrların sürətli artımını müşahidə edən konsaltinq şirkəti “McKinsey & Co”, dəstək qruplarını yenidən strukturlaşdırmaq yollarını axtarır.

Müştəriləri üçün işçilərin ixtisarı planları hazırlamaqla tanınan “McKinsey”, indiyə qədərki ən böyük ixtisar qərarı ilə 2000-ə yaxın iş yerini ixtisar etməyi planlaşdırır.

“Bloomberg”in məlumatına görə, əsasən müştərilərlə birbaşa işləməyən işçilərin işdən çıxarılacağını və ixtisar planının yaxın həftələrdə bəlli olacağını bildirib.

Şirkətin 2021-ci ildə 15 milyard dollarlıq rekord gəlir əldə etmişdi və 2022-ci ildə bu rəqəmi keçdiyi bildirib. 2012-ci ildə 17 min işçisi olan şirkət, beş il əvvəl işçi sayını 28 minə yüksəltmişdi.