“Starbucks” İtaliyada zeytun yağlı qəhvə satmağa başlayır

ABŞ-da yerləşən “Starbucks” qəhvə şəbəkəsi İtaliyada zeytun yağlı qəhvə satmağa başlayır.

İtalyanca “yağlı” mənasını verən “Oleato” adlı içkilərin yaxın aylarda digər ölkələrdə də satışa çıxarılması planlaşdırılır.

“Starbucks”ın açıqlamasına görə, zeytun yağı ilə dəmlənmiş qəhvə ideyası şirkətin baş direktoru Howard Schultz keçən il Siciliyaya səfər edərkən yaranıb.

Burada hər gün bir qaşıq zeytun yağı içmək ənənəsini eşidən Şults səhərlər qəhvədən əlavə bir qaşıq zeytun yağı da içməyə başlayıb.

Daha sonra qəhvəsinə zeytun yağı qatmaq istəyib və yaranan daddan zövq alıb.