Veysəloğlu Şirkətlər Qrupu
Standartlaşma və Kodlama üzrə mütəxəssis
Son tarix 21 mar 2023 – [email protected]
Vəzifə öhdəlikləri:
- Sifarişçilər tərəfindən proqram təminatında yaradılmış məhsul məlumatlarının standartlara uyğunluğunu yoxlamaq və təsdiqləmək;
- Məlumatların ətraflı və aydın olmasını təmin etmək, təkrar məlumatların daxil edilməsinin qarşısını almaq;
- Proqram təminatına daxil edilmiş tədarükçü məlumatlarını yoxlamaq və təsdiqləmək;
- Proqram təminatının biznes vahidlərində tətbiqinə və istifadəsinə dəstək göstərmək, proseslərin düzgün icrasına nəzarət etmək;
- Proqram təminatının istifadəsi üzrə təlimlər təşkil etmək;
- Proqram təminatında prosesləri təhlil etmək və təkmilləşdirmək;
- Proqram təminatının istifadəsinə dair xətaların aradan qaldırılmasına dəstək göstərmək.
Tələblər:
- Ali təhsil;
- Master dataların (SKU) hazırlanmasında minimum 2 illik təcrübə vacibdir;
- SAP-də master dataların işlənilməsi üzrə təcrübə vacibdir;
- MS Office biliyi.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Standartlaşma və Kodlama üzrə Mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.