“Google” Hatayı xəritədən sildi?

Hatayda ard-arda baş verən zəlzələlər şəhərdə böyük dağıntılara səbəb olarkən, “Google Maps”də Hatayı axtaranlar şəhərin xəritədə olmadığını görüblər.

İndex.az xəbər verir ki, “Google”un Hatayı xəritədən sildiyini anlayan sosial media istifadəçilərindən olan vəkil Umur Yıldırım, “Xəritənin əvvəlki və sonrakı versiyasının ekran görüntüsünü paylaşaraq “Google” HATAY-ı xəritədən sildi. Google bunu səhvən edib? Yoxsa qəsdən?” sualını verdi.

Bu dəyişikliyin Kahramanmaraşdakı zəlzələlərdən sonra meydana gəldiyini bildirən istifadəçilər “Google”a böyük reaksiya göstərərək mövzu ilə bağlı açıqlama gözlədiklərini bildiriblər.

Lakin “Google Maps”in mobil versiyasında belə bir xəta yoxdur. Bu da yaranan vəziyyətin səhv nəticəsində baş verməsi fikrini gücləndirir.

http://