Dolların ucuzlaşma tendensiyası davam edə bilər

Dollarda ötən ilin sentyabrında başlayan satışlar davam edə bilər.

İndex.az xəbər verir ki, “Bloomberg”in təhlilinə görə, aparıcı göstəricilər dollarda ötən ilin sentyabrında başlayan satışların davam edə biləcəyindən xəbər verir.

Dollar bu ay FED-in açıqlamalarından sonra yüksəlsə də, uzunmüddətli göstəricilər dollarda enişin hələ bitmədiyinə işarə edir.

Ən yaxşı göstəricilərdən biri olan real gəlir əyrisi avqustun sonunda dolların pik həddinə yaxınlaşdığını göstərir. 3 aylıq istiqraz faizi ilə 10 illik istiqraz faizi arasındakı fərqin hələ də enişdə olması, dollarda enişin davam edə biləcəyini xəbər verir.

Çində karantin məhdudiyyətlərinin yumşaldılması və kredit artımı kimi təsirlərin avro və dolları dəstəkləməyə davam edəcəyi gözlənilir.

Analitiklər bildiriblər ki, dolların avro qarşısında eniş trendini dəyişməsi üçün avronu dəstəkləyən amillər aradan qalxmalıdır.

Opsiyon alıcısına sabit bir məbləğ ödəyən opsionlarda, əsas aktivin müəyyən səviyyəyə toxunmasından asılı olaraq, birinci rübün sonunda avro/dollar paritetinin 1.10-a yüksəlməsi 5-dən 2-ə qədər qiymətə verilir.