Hatayda 3 dəqiqəlik fasilə ilə baş verən 6,4 və 5,8 ballıq zəlzələlərdə Antakyada bəzi zədəli binalar dağılıb.
İndex.az DHA-ya istinadən xəbər verir ki, Antakya Qazi səmtində qəzalı vəziyyətdə olan 3 mərtəbəli binada evlərindən əşyalarını alarkən zəlzələyə yaxalanan 4 nəfərdən biri çölə çıxa bilib, 3 nəfər isə dağılmış binanın dağıntıları altında qalıb. .
Bölgəyə istiqamətləndirilən AFAD və TTK, JAK və TAK qrupları dağıntılar altında axtarış-xilasetmə əməliyyatına başlayıb.
Axtarış-xilasetmə işləri zamanı 1 nəfərin cansız cəsədi 10 saat sonra dağıntılar altından çıxarılıb.