Bu ölkədə yeni məhdudiyyətlər tətbiq ediləcək

İsveçdə COVID-19-a yoluxma hallarında rekord artım qeydə alındığı üçün yeni məhdudiyyətlər tətbiq ediləcək.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Maqdalena Andersson bildirib.

Yeni məhdudiyyətlər yanvarın 14-dən qüvvəyə minəcək.

Belə ki, işə götürənlər mümkün qədər əməkdaşı uzaqdan işləmə rejiminə keçirməlidir. Barlar və restoranlar saat 23:00-da bağlanacaq, bu yerlərdə bir masa arxasında səkkizdən çox insanın toplanması qadağan olunub. COVID-19 pasportları tətbiq edilməyən kütləvi tədbirlərin iştirakçılarının sayı 50 nəfərlə məhdudlaşdırılır.

Qeyd edək ki, yeni məhdudiyyətlər təxminən bir ay müddətinə tətbiq edilib.