Türkiyə koronavirus testi tələbini ləğv etdi

Dünya karantin şərtlərini sərtləşdirərkən, Türkiyə yumşaltdı.

İndex.az xəbər verir ki, Türkiyə peyvənd vurdurmayanlar üçün şəhərlərarası səyahətlərdə, tədbirlərdə, iş yerlərində və məktəblərdə koronavirus testi tələbini ləğv edib.

Buna da bax: Peyvənd olunanların sayı açıqlandı

Ekspertlər bildirirlər ki, bu qərar ilə kütləvi immunitetin qazanılması hədəflənir.

Türkiyənin Səhiyyə Nazirliyi peyvənd olunmamış və peyvənd olunması tamamlanmamış şəxslərin ictimai yerlərdə olması və gediş-gəlişi ilə bağlı sərəncamında dəyişiklik edilib. Koronavirus Elm Şurasının yeni tövsiyə qərarına uyğun olaraq, tələblər ləğv edilib. Belə ki, ictimai tədbirlərdə, səyahətlərdə, dövlət və özəl iş yerlərində və məktəblərdə peyvənd olunmamış və peyvənd olması tamamlanmamış insanlar üçün mənfi (neqativ) PCR testi tələbi aradan qaldırılıb.