Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barel olub.
İndex.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 586 min barelini xam neft, 88 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barrel, iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşmişdi.